Django Mango

"Qızıl Qlobus" Mükafatı - "Golden Globe" Awards (2013)

50 015
0
0
13:00

Опубликовано:

"Qızıl Qlobus 2013" mükafatının təqdimatı

Amerika mükafatı olan “Qızıl qlobus” 1944-cü ildən Hollivud cəmiyyətinin xarici mətbuatı tərəfindən kino və televiziya filmlərinə görə verilir. “Qızıl qlobus” mükafatı hər ilin yanvar ayında Hollivudda yaşayan 90-a yaxın beynəlxalq jurnalistin səsverməsinin nəticəsinə əsasən təqdim edilir və “Oskar” mükafatından sonra II yerdə dayanan ən məşhur mükafat hesab edilir.

“Qızıl qlobus” mükafatının tarixi 1944-cü ildən – bir çox kino ulduzlarının Fox studiyasına can atdıqları vaxtdan başlayır ki, burada bir qisim jurnalistlər 1943-cü ilin ən yaxşılarını müəyyən edirdilər.

Keçirilən ilk mərasimin gözəl nəticəsi “Qızıl qlobus” mükafatının gələcək inkişafını Amerika kino akademiyasının mötəbər mükafatına alternativ qismində qabaqcadan həll etdi.

2012-ci il üçün kinematoqrafiya və televiziya sahəsindəki xidmətlərinə görə “Qızıl qlobus” mükafatının 70-ci təqdim etmə mərasimi 2013-cü il yanvarın 13-də “Beverly-Hilton Hotel”də keçirilən mətbuat konfransında elan edildi. Mərasimin aparıcıları qismində komediya aktrisaları Tina Fey və Emi Poler çıxış etdilər. Sesil de Mil adına mükafata kinematoqrafiya sahəsindəki həyati naliyyətlərinə görə aktrisa Codi Foster layiq görülüb.

İlin ən yaxşı filmləri - ən yaxşı rejissor işinə görə “Qızıl qlobus” almış Ben Aflekin “Argo əməliyyatı” və Tom Xuperin “Səfillər” filmi seçildi.

Dram janrında ən yaxşı aktyor “Deniel dey – Luis (“Linkoln”), ən yaxşı aktrisa isə Cessika Çesteyin (“Bir nömrəli məqsəd”) oldu.

Eyni mükafatla komediyalardakı roluna görə Xyu Cenman (“Səfillər”) və Cennifer Lourens (“Sevgilim dəlidir”) qeyd olundular.


Ən yaxşı film (dram janrı)

• “Arqo”əməliyyatı”

• “Azad olunmuş Canqo”

• Pinin həyatı

• Linkoln

• Bir nömrəli məqsəd


Ən yaxşı film (komediya və ya müzikl)

• Səfillər

• Ekzotiklər arasında ən yaxşısı “Meriqold” oteli

• Bədr krallığı

• Xəyalımın balığı

• Sevgilim dəlidir


Ən yaxşı rejissor

• “Arqo”əməliyyatı filminə görə Ben Afflek

• Ketrin Biqelon – “Bir nömrəli məqsəd”

• Enq Li – “Pinin həyatı”

• Kventin Farantino – “Azad olunmuş Canqo”

• Stiven Spilberq – “Linkoln”


Dramatik filmdə ən yaxşı kişi rolu

• Deniel Dey Lyuis – “Linkoln” (Avraam Linkoln roluna görə)


Dramatik filmdə ən yaxşı qadın rolu

• Cessika Çesteyn – “Bir nömrəli məqsəd” (Mayi roluna görə)

• Xyu Cekman – “Səfillər” (Jan Valjan roluna görə)


Komediya və ya muziklda ən yaxşı kişi rolu

• Cennifer Lourens – “Mənim sevgilim dəlidir” (Tiffani Maksvell roluna görə)


II planın ən yaxşı kişi rolu

• Kristof Valts – “Azad olunmuş Canqo” (Kinq Şults roluna görə)


II planın ən yaxşı qadın rolu

• Enn Xeteney “Səfillər” (Fantin roluna görə)


Ən yaxşı ssenari

• Kventin Tarantino – “Azad olunmuş Canqo”


Filmə yazılmış ən yaxşı musiqi

• Maykl Danna – “Pinin həyatı”


Ən yaxşı mahnı

• Skyfall – 007 : “Skayfol” kordinantları – söz+musiqi : Adel i Pol Epvort


Ən yaxşı animasiya filmi

• “Cəsur ürəkli”


Əcnəbi dildə ən yaxşı film

• “Məhəbbət”



Televiziya mükafatları kateqoriyalar, laureatlar və namizədlər


Ən yaxşı televiziya serialı (dram janrı)

• “Doğmalar arasında yad”


Ən yaxşı televiziya serialı (komediya və ya muzikl)

• “Qızlar”


Dramatik serialda ən yaxşı kişi rolu

• Dennien Lyuis – “Doğmalar arasında yad” (Nikolas Brendi roluna görə)


Televiziya serialında ən yaxşı qadın roluna görə (komediya və ya muzikl)

• Lena Danxem – “Qızlar” (Xan Xorvat roluna görə)


Mini serial və ya televiziya filmində ən yaxşı kişi rolu

• Kevin Kostner – “Xetfildlər və Makkoylar” (Ens Xetfildin “İblis” roluna görə)


Mini serial və ya televiziya filmində ən yaxşı qadın rolu

• Culianna Mur – “Oyun dəyişdi” (Sara Peylin roluna görə)



Следующее видео