Spaceman

Nabran hadisəsinə görə 3 nəfər həbs edildi

51 250
0
0
01:34

Опубликовано:

iyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaq hərəkətləri davam etdirilir.

Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində "Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi" standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb.

Cinayəti törətməkdə şübhəli bilinən "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.





Website: http://kanal13.tv/

Facebook Official Page: http://www.facebook.com/tvkanal13

Facebook FanPage: http://www.facebook.com/djavid.djon

Twitter: https://twitter.com/#!/Kanal13_Baku

VK: http://vk.com/id197711591

Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/



Click & Subscribe to the main youtube Channel:

http://www.youtube.com/channel/UC_Tne...

Online Radio BakuFm: http://baku.fm/

Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM



© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan

Следующее видео