Spaceman

Güclü zəlzələ olacaq?- XƏBƏRDARLIQ

49 455
0
0
01:39

Опубликовано:

Şamaxı yerlə bir ola bilər, amerikalılar Bakıda yüz minlərlə insanın ölümü ilə nəticələnəcək zəlzələ ilə bağlı proqnoz veriblər. Son günlər ölkədə zəlzələlərin artması müşahidə olunur. Qeyd edək ki, Azərbaycanın seysmik zonada yerləşməsi məlumdur və davamlı zəlzələrin baş verməsi də bununla bağlıdır. Yeraltı təkanların ölkəyə vurduğu zərbələrin isə tarixdə sayı hesabı yoxdur. Sonuncu belə olay isə Zaqatala yaşanıb ki, bu zaman dövlətə 20 milyon manatdan artıq ziyan dəydiyi müəyyənləşib. Son zəlzələrə gəldikdə isə məsələyə münasibət birmənalı deyil. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli deyib ki, faktiki baş verən təkanlar adi haldır və onun güclü formada təzahür etməsi mümkün deyil. Amma Tahir Məmmədlidən fərqli olaraq, Bakıda və ölkə ərazilərində bir xeyli araşdırma aparmış amerikalı mütəxəssislər tamam başqa fikirdədirlər. Onlar bildirirlər ki, risqli bölgələr sırasında əsasən iki məntəqə yer alıb. Onlardan biri Şirvan bölgəsidir ki, burada güclü təkanların hətta dəhşətli nəticələrə gətirib çıxaracağı istisna deyil. Amerika alimlərinin rəyinə görə, Bakıda da Şamaxı zəlzələsi gücündə yeni zəlzələ olacaq. «Burda baş verə biləcək zəlzələ nəinki Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanındadır».Bir başqa amerikalı alimlər isə bəyan edirlər ki, Bakıda zəlzələ baş verərsə, bu yüz minlərlə insanın ölümü ilə nəticələnəcək. Onların fikrincə, Azərbaycanın paytaxtı 8 ballıq zəlzələyə davam gətirəcək gücdə deyil. Eyni zamanda, tikilmiş binaların texniki şərtləri də yetərli səviyyədə sayılmamalıdır.
© Kanal13

Следующее видео