Spaceman

Əsgəri döyüb öldürüblər

93 523
0
0
00:43

Опубликовано:

Ekspertiz rəyində “ürək çatışmazlıqı” yazılsa da, zorakılıq izləri aşkar görünür

Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Zaman oğlu Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə “Azadlıq”a deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.
Mərhumun yaxınları “Azadlıq”a meyitin morqda lentə alınmış görüntülərini də təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.
Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubadov 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.
Hadisə ilə bağlı mərhumun anasının danışdıqlarından ibarət relortajı “Azadlıq”ın 10 yanvar sayında oxuya biləcəksiniz.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya bildirib ki, Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq araşdırması gedir.

© azadliq.info

Следующее видео