Video Machine

BÖYÜK QAYIDIŞIN BAŞLANĞICI

48 582
0
0
04:12

Опубликовано:

Dağılmış evlər, yox olan kənd təsərrüfatı. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu vəziyyətdədir. Amma indi burada xüsusi zirehli geyimsiz gəzmək olar. Halbuki 10 ay əvvəl Cocuq Mərcanlı Ermənistan silahlı qüvvələrinin atəşi altında idi və dinc əhali üçün burada yaşamaq mümkünsüz idi.
Kəndin mütəmadi atəşə tutulduğu Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində ötən ilin aprelində işğaldan azad olunub. Bununla da, Cocuq Mərcanlının təhlükəsizliyi təmin olunub. Buna baxmayaraq, 1994-cü ilədək erməni işğalında olan və Horadiz əməliyyatı nəticəsində azad edilən kənddə mina təhlükəsi qalmaqdadır. ANAMA-nın əməkdaşları kəndin minalardan təmizlənməsi ilə məşğuldurlar.
Artıq 30 min kvadrat metrlik ərazi, kəndə aparan yol da daxil olmaqla, minalardan tam təmizlənib. Xarabalıqlar arasında cəmi 1 yaşayış evi var. Burada Həziyevlər ailəsi yaşayır.
Qeyd edək ki, Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin əsaslı bərpası ilə bağlı sərəncam imzalayıb. Bu məqsədlə büdcədən vəsait ayrılıb. Vətəndaşların rahatlığını təmin etmək üçün kənddə evlərlə yanaşı, yolların, qaz, işıq və su xətlərinin çəkilməsi, uşaq baxçası, məktəb binası və tibb məntəqəsinin inşa olunması nəzərdə tutulur.
Cocuq Mərcanlı kəndinin bərpası üzrə bütün işlərin görülməsi üçün xüsusi plan hazırlanır. Bu plana əsasən, sakinlər üçün bütün lazımi şərait təmin olunacaq. Bununla yanaşı, kənddəki evlərin qeydiyyata alınması ilə bağlı iş görülür. Həmçinin sakinlərin əkin sahələri və iş yerləri ilə təmin olunması üzrə də tədbirlərin görülməsi nəzərdə tutulur.

Следующее видео