Video Machine

"BakuBus" sərnişinlərinə yeni imkan

37 418
0
0
01:11

Опубликовано:

“BakuBus”ın sərnişinləri bundan sonra qurumun işinə interaktiv qoşula biləcəklər.
Bu, nəqliyyat şirkətinin yeni saytı vasitəsilə mümkün olacaq. “BakuBus”ın bu gün istifadəyə verilən rəsmi internet səhifəsinə daxil olan istifadəçilər dayanacaqlar, marşrut xətti üzrə hərəkət edən avtobusların yeri və çatma vaxtını görə biləcəklər.
"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyir ki, sərnişinlər internet səhifəsində online qaydada marşrutla bağlı istənilən suala dərhal cavab ala biləcəklər.
Əgər sərnişin sürücüsünün adını və avtobus nömrəsini bilmirsə, “Bakubus”ın veb saytına daxil olaraq GPS vasitəsilə həmin vaxt o dayanacaqda olan avtobus haqda məlumatı öyrənə biləcək.
Dekabrin 31-də "BakuBus” avtobusları gecə saat 2-yə kimi, ehtiyac olarsa saat 3-ə kimi də işləyəcək. 2016-cı ildən “BakuBus”avtobuslarına wi-fi sistemi də quraşdırılacaq.

Следующее видео