Django Mango

Azərbaycanlı fəhlə Rusiyada dünya çempionunu döyərək öldürüb

78 468
0
0
02:54

Опубликовано:

Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.
Report xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.
Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.
“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib. Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.


В Хабаровске в уличной драке погиб чемпион мира по пауэрлифтингу Андрей Драчев

Чемпиона мира и Европы по пауэрлифтингу в категории до 120 килограммов Андрея Драчева убили в Хабаровске. По информации СМИ, спортсмен поддался на провокацию нетрезвого хулигана в одном из кафе города, после которой он вышел с ним «раз-на-раз». Бригада скорой помощи доставила пострадавшего в больницу, где он скончался в реанимационном отделении.

Следующее видео